“Çelsi”nin finaldakı rəqibi “Liverpul” oldu

21 Yanvar 2022 02:03 (UTC+04:00)

Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

SİA xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Liverpul” səfərdə “Arsenal”la qarşılaşıb. İlk oyunda evdə qolsuz heç-heçə edən “qırmızılar” səfərdə qalib gələrək finala çıxıblar.

Beləliklə, İngiltərə Liqa Kubokunun finalında “Çelsi” ilə “Liverpul” komandaları üz-üzə gələcək. “Zadəganlar” da “Tottenhem”i iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) üstələməyi bacarmışdı.

İngiltərə Liqa Kuboku

Yarımfinalın cavab oyunu

20 yanvar

Arsenal - Liverpul 0:2 (ilk oyun 0:0)

Qol: D.Jota, 19; 79.