"...Prezidentlərin görüşünə hazırlıq getmir"

21 Yanvar 2022 01:41 (UTC+04:00)

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyə prezidentinin Vladimir Putin və Volodimir Zelenskinin görüşünü təşkil etmək təklifinə münasibət bildirib.

SİA-nın xəbərinə görə, Peskov hər hansı görüşə hazırlıq getmədiyini bildirib: “Görüşlə bağlı heç nə yoxdur. Yalnız Ukraynanın silahla təmin edilməsi və bu ölkənin Minsk razılaşmasına əməl etməməsi var”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan yanvarın 20-də Rusiya və Ukrayna prezidentlərinin birbaşa görüşünü təşkil etməyə hazır olduğunu bildirib.