“Sivilizasiyaların beşiyi Anadolu” layihəsi

21 Yanvar 2022 00:51 (UTC+04:00)

Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Anadolunun mühüm mədəni irsini tanıtmaq məqsədi ilə “Sivilizasiyaların beşiyi Anadolu” layihəsi çərçivəsində 7 hissədən ibarət sənədli film silsiləsi və dövlət diplomatiyası kitabı hazırlayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Sənədli film silsiləsində Hattuşa antik şəhəri, Efes antik şəhəri, Sümela monastırı muzeyi, Səlimiyə məscidi və külliyesi, Həzrəti Mövlana Dərgahı muzeyi, St. Paul abidə muzeyi və Göbeklitəpə də daxil olmaqla 7 tarixi irs yer alıb.

Sənədli filmlərlə Anadolu coğrafiyasında yer almış mədəniyyətlərdən bu günə gəlib çıxmış ictimai, dini və mədəni təcrübələrin 'insan-məkan-həyat" mehvərində tanıtmaq məqsəd qoyulmuşdur.

Digər tərəfdən, 'Sivilizasiyaların beşiyi Anadolu və Türkiyənin dövlət diplomatiyası' adlı kitab tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi etmiş Anadolunun dəyərlərini dövlət diplomatiyası vasitəsilə izah etmək məqsədilə Kommunikasiya İdarəsi tərəfindən hazırlanıb.

'Sivilizasiyaların beşiyi Anadolu' layihəsi ilə hazırlanan 7 sənədli serial və kitab 'https://madaniyetlerbesigi.com' saytında fotoşəkillər və mədəni irs haqqında ətraflı məlumatlarla ictimaiyyətə təqdim edilib.

Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bir çox sivilizasiyalara ev sahibliyi edən Anadolunun bənzərsiz əsərlərlə bəzədilmiş “sivilizasiyaların beşiyi” olduğunu ifadə edərək, Anadolunun bu tarixi və mədəni dəyərlərini hər platformada tanıtmağa çalışdıqlarını qeyd edib.

Anadolunun zəngin tarixini tanıtmağı və dövlət diplomatiyası ilə mədəni turizmə töhfə verməyi hədəflədiklərini vurğulayan Altun "Anadolu coğrafiyasında müxtəlif sivilizasiyaların irsinin və dəyərlərinin bütün dünyaya tanıdılmasına və bu böyük mədəniyyət xəzinəsinin gələcək nəsillərə ötürülməsinə böyük əhəmiyyət veririk" deyib.