Baş nazir ölkәdәki iqtisadi vәziyyәti qiymәtlәndirib

21 Yanvar 2022 00:46 (UTC+04:00)

Әfqanıstandakı müvәqqәti ‘‘Taliban’’ hökumәtinin Baş naziri Mәhәmmәd Hәsәn Ahund bildirib ki, ‘‘Taliban’’ hökumәtinin beynәlxalq ictimaiyyәt tәrәfindәn tanınmaması ölkәdәki iqtisadi problemlәrә sәbәb olur.

SİA xəbər verir ki, Әfqanıstan İqtisadiyyat Konfransında çıxış edәn Ahund ölkәdәki iqtisadi vәziyyәtin pislәşdiyini qeyd edib.

Mәhәmmәd Hәsәn Ahund ölkәdә yaşanan iqtisadi problemlәrin sәbәbinin müvәqqәti ‘‘Taliban’’ hökumәtinin rәsmi olaraq tanınmaması vә Әfqanıstana qarşı tәtbiq edilәn sanksiyalar olduğunu ifadә edib.

Xüsusilә müsәlman ölkәlәrinә müvәqqәti ‘‘Taliban’’ hökumәtini tanımaları ilә әlaqәdar çağırış edәn Mәhәmmәd Hәsәn Ahund Talibanın rәsmi olaraq tanınma mәsәlәsindә lazımi şәrtlәri yerinә yetirdiyini vurğulayıb.

Beynәlxalq içtimayyәtdәn Әfqanıstana davamlı yardım çatdırmasını xahiş edәn Ahund qısamüddәtli yardımların kifayәt etmәdiyini deyib.

‘‘Taliban hakimiyyәti әlә keçirәndәn sonra korupsiyaya qarşı ciddi mübarizә aparılıb.Ölkәdә tәhlükәsizlik tәmin edilib vә xarici investorlar ölkәyә investisiya yatıra bilәrlәr’’,-deyә Mәhәmmәd Hәsәn Ahund qeyd edib.

Qeyd edәk ki, müvәqqәti ‘‘Taliban’’ hökumәtini hәlәlik heç bir ölkә rәsmi olaraq tanımayıb.

Talibanın hakimiyyәti әlә keçirmәsindәn sonra ölkәyә edilәn beynәlxalq yardımlar dayandırılmışdı.

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF) və ABŞ Federal Ehtiyat Sistemi də Əfqanıstanın beynəlxalq fondlara çıxışını kəsmişdi.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) dekabrın 8-də Əfqanıstanda humanitar vəziyyətin pisləşdiyini açıqlamışdı.

Ölkәdә işsizlik, aclıq vә yoxsulluq sәviyyәsi yüksәlib.