“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyə yüksəlib

21 Yanvar 2022 00:39 (UTC+04:00)

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin beşinci turunun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov beşinci turda niderlandlı Jorden Van Forrest ilə görüşüb. Qara fiqurlarla mübarizə aparan şahmatçımız rəqibi üzərində inamlı qələbə qazanaraq xalların sayını 3,5-ə çatdırıb.

Bu nəticə ilə Ş.Məmmədyarov liderliyə yüksəlib.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.