Suriyada İŞİD terrorçuları həbsxanadan qaçıb

21 Yanvar 2022 00:03 (UTC+04:00)

Aralarında İŞİD terrorçularının da olduğu 20 dustaq Hasəkə şəhərindəki Əs-Sənəviyə həbsxanasından qaçıb.

SİA-nın xəbərinə görə, bu barədə Beyrutun “Al Mayadeen” kanalı məlumat verib. Məlumata görə, terrorçuların qaçmasına kömək edən şəxslər həbsxananın qarşısında 2 minalanmış avtomobil partladıblar.

Paytaxtdan 630 kilometr məsafədəki həbsxanadan qqaçanların axtarışına ABŞ ordusunun helikopterləri də cəlb olunub.