Qanada güclü partlayış baş verib, ölənlər var

21 Yanvar 2022 00:00 (UTC+04:00)

Qananın qərbində güclü partlayış qeydə alınıb.

SİA xəbər verir ki, partlayıcı maddələr daşıyan avtomobil motosikletlə toqquşaraq aşıb.

Hadisə nəticəsində ölənlər və xəsarət alanların olduğu deyilir.

Zərərçəkənlərin əksəriyyəti xilas edilib və xəstəxanalara yerləşdirilib.

Polis təhlükəsizlik baxımından əhaliyə partlayış baş verən ərazini tərk etməyi tövsiyə edib.