"Barselona"da yeni müqavilə

20 Yanvar 2022 23:03 (UTC+04:00)

"Barselona" futbolçusu Qavi ilə müqaviləni uzadır.

SİA xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Kataloniya klubunun müqavilənin ardından gənc oyunçuya 1 milyard avro qiymət qoyacağı bildirilib.

Qeyd edək ki, İspaniya millisinə də dəvət alan Qavi bu mövsüm La Liqada 17 matça çıxıb və 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.