BMT Nigeriyada təcili humanitar yardıma ehtiyac olduğunu bildirib

20 Yanvar 2022 22:57 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatı (BMT) Nigeriyanın şimal-şərqindəki terror aktları səbəbindən 8,3 milyon insanın təcili humanitar yardıma möhtac olduğunu bildirdi.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) Twitter hesabında mövzu ilə bağlı paylaşılan açıqlamada: “Uzun müddətdir terror təşkilatı Boko Haramın törtdiyi terror aktlarına səhnə olan bölgədə, zorakılığın azalacağı ümidini doğuran heç bir işarə və ya atılan addım yoxdur. Bölgədə törədilən hücumlara görə 8,3 milyondan çox insan təcili humanitar yardıma möhtac vəziyyətə düşüb”.

Açıqlamada, BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths və onu müşayiət edən nümayəndə heyətinin Nigeriyanın paytaxtı Maiduquriyə səfər etdiyi bildirilib. Qeyd edilib ki, Griffith səfəri çərçivəsində verdiyi açıqlamada bölgədə ehtiyac duyulan təcili humanitar yardım səbəbiylə BMT və tərəfdaşlarından bir qrupu şiddətin mərkəzi olan Borno əyalətinə istiqamətləndirdiyinə diqpqət çəkib.

Xatırladaq ki, son illərdə həyata keçirilən əməliyyatlara baxmayaraq, Boko Haram hələ də Afrikanın ən çox əhalisi olan Nigeriyada ciddi təhlükəsizlik problemi yaradır. 2000-ci illərin əvvəlində ortaya çıxan terror təşkilatı Boko Haramın 2009-dan bəri törətdiyi hadisələrdə 20 mindən çox insan həyatını itirib. Terror aktları və qarşıdurmalar səbəbindən yüz minlərlə insan köç etmək məcburiyyətində qalıb.