“Barselona” rəsmisindən Dembele açıqlaması: satışa çıxarıldı

20 Yanvar 2022 22:43 (UTC+04:00)

Ispaniyanın “Barselona” klubunun direktoru Mateu Alemani hücumçu Osman Dembelenin klubdan ayrılacağını bildirib.

SİA İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, fransalı hücumçuya “Barsa”nı tərk etməli olduğunu bildirdiklərini söyləyib: “Altı aydır Dembele ilə danışıqlar gedirdi, bizə klubda davam etmək istəmədiyini dedi. Biz klubumuza bağlı futbolçuları istəyirik. Ona tez bir zamanda klubu tərk etməsini dedik. Bu qərarı baş məşqçi Xavinin də razılığa ilə rəhbərlik verib”.