İran ilə Rusiya arasında ticari əməkdaşlıq gücləndirilir

20 Yanvar 2022 22:37 (UTC+04:00)

İranın prezidenti İbrahim Rəisi dünən Moskvaya reallaşdırdığı rəsmi səfər çərçivəsində Rusiya prezidenti Putinlə görüşüb.

SİA xəbər verir ki, İranın prezidenti İbrahim Rəisi ölkəsinin Rusiya bazarındakı payının arta biləcəyini və iki ölkənin müvafiq rəsmilərinin bu mövzuda həmfikir olduqlarını bildirib.

TRT xəbər verir ki, İranın prezident administrasiyasından bu barədə məlumat yayılıb. Bildirilib ki, Rəisi Rusiyaya səfəri çərçivəsində paytaxt Moskvadakı iranlılarla bir araya gəldiyi iclasda iki ölkə arasındakı əlaqələrə münasibət bildirib. Rusiya prezidenti Vladimir Putinlə görüşü barədə məlumat verib: “Rusiya bazarında İranın payı arta bilər. Rusiya prezidenti Putin də bu barədə müsbət fikir bəyan edib və iki ölkə arasındaki əməkdaşlığı gücləndirmək üçün problemlər və maneələrin aradan qaldırılması barədə İranla mütabiq olduğunu vurğulayıb”.