İraqın Kәrkük şәhәrindә hücum törәdilib

20 Yanvar 2022 22:25 (UTC+04:00)

İraq Mәclisinin sәdrinin ikinci kömәkçisi Şahvan Abdullahın Kәrkükdәki ofisinә hücum tәşkil edilib.

SİA xəbər verir ki, bu barәdә Kәrkük Polis İdarәsinin sözçüsü Amir Nuri mәlumat verib. O, hücumun namәlum şәxslәr tәrәfindәn törәdildiyini qeyd edib.

Mәlumata görә, hücum nәticәsindә ölәn vә ya yaralanan olmayıb. Faktla bağlı araşdırma aparılır.