Dünyanın ən böyük rifi aşkar edilib

20 Yanvar 2022 22:07 (UTC+04:00)

Fransa Polineziyasının ən böyük adası Taiti sahillərində böyük mərcan rifi aşkar edilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) bu barədə məlumat yayıb. Bildirib ki, dünyanın ən böyük rifi Taiti adasının sahil sularında 30 metr dərinlikdə aşkar edilib. Çəhrayı qızılgül şəklində olan mərcanların mükəmməl vəziyyətdə olduğu və geniş bir ərazini əhatə etdiyi ifadə edilən açıqlamada qlobal iqlim dəyişikliyi səbəbiylə nəsli kəsilməkdə olan mərcanların aşkar edilməsinin əhəmiyyətinə diqqət çəkilib. Açıqlamada qeyd edilib ki, üç kilometr uzunluğunda və 30-65 metr enində olan rifdəki bəzi mərcanların diametri 2 metrdən çoxdur.

Rif, YUNESKO tərəfindən dəstəklənən alimlərin noyabrın 21-də adada apardıqları araşdırmalar nəticəsində aşkar edilib. Ümumilikdə 200 saat rifdə dalış edən qrup, qayanın ətrafına temperatur sensorları yerləşdirərək, rifin iqlim dəyişikliyindən birbaşa təsirlənməməsinin səbəbini araşdırmağa başlayıb.

Qeyd edək ki, Dünyadakı mərcan qayalarının əksəriyyəti suyun 25 metrə qədər dərinliklərində əmələ gəldikdə, Taitidəki rif 30-120 metr aşağıdaki alatoranlıq səthdə yerləşir.