Türkiyədə daha 166 koronavirus xəstəsi vəfat edib

20 Yanvar 2022 22:04 (UTC+04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 166 nəfər ölüb.

SIA-nın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 414 min 312 nəfərin test edildiyi, 71 min 843 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 85 min 948 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.