Velosiped anbarında böyük yanğın baş verib

20 Yanvar 2022 20:40 (UTC+04:00)

Meksikanın paytaxtı Mexikoda velosiped fabrikinin anbarında başlayan yanğın qısa zamanda böyüyərək bütün anbarı bürüyüb. SİA xarici mətbuata istinadən bildirir ki, ətrafdakı binalarda olan 200 nəfər təhlükəsizlik məqsədilə evlərindən təxliyə edilib. Qısa müddətdə yayılan alov velosiped hissələri və aksesuarlarının yerləşdiyi 7 min kvadratmetrlik anbarı tamamilə bürüyüb.

Mexiko şəhərinin yanğınsöndürmə briqadası hadisə yerinə 17 yanğınsöndürən və 80 nəfərlik heyətlə gəlib. Yanğınsöndürənlər alovun ətrafdakı evlərə və iş yerlərinə keçməsinin qarşısını almaq üçün böyük səy göstərib. Alovun və tüstünün tədricən yayılması nəticəsində ətrafda yaşayan 200 nəfər təhlükəsizlik məqsədilə evlərindən təxliyə edilib.