İnsanlar gördükləri qarşısında şoka düşdülər

20 Yanvar 2022 19:54 (UTC+04:00)

İngiltərədə yaşayan müsəlman vətəndaşlar yaxın gördükləri birinin ölüm ildönümü üçün “Blackburn” məscidində keçirilən anım proqramına qatılıb. Bir müddət sonra burada anım və ibadətlərini yerinə yetirməyə başlayan vətəndaşlara xurma təklif edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, vətəndaşlar xurmalardan birini kəsərkən ərəbcə “Allah” sözündən şoka düşüblər. Atasının xatirəsini yad etmək üçün məscidə gələn 30 yaşlı Hafiz-Abdul Basit “Bu yaşadığımız Allahın möcüzəsinin sübutudur” deyib.

Sözügedən hadisənin diqqətçəkən tərəfi İngiltərədə belə bir vəziyyətlə ilk dəfə qarşılaşmasıdır. Məlumdur ki, əvvəllər də Asiya və Şərq ölkələrində oxşar hallara rast gəlinib. Ancaq İngiltərədə ilk dəfədir ki, belə bir hadisə baş verir.