Böyük buz kütləsi əriməyə başlayıb

20 Yanvar 2022 19:49 (UTC+04:00)

2017-ci ildə Antarktidadan qopan və “dünyanın ən böyük aysberqi” sayılan “A68” adlı nəhəng buz kütləsi əriməyə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2017-ci ildə Antarktidadan qopan A68 aysberqinin ölçüsü təxminən 6 min kvadrat kilometr, hündürlüyü isə təxminən 230 metr olub. Nəhəng aysberqdən indiyə qədər təxminən 1 trilyon ton buzun əridiyi bildirilir.