Raket hücumundan 3 nəfər dünyasını dəyişdi

20 Yanvar 2022 18:50 (UTC+04:00)

Terror təşkilatı PKK Hələbin Afrin rayonunun Meryemin qəsəbəsinə raketlə hücum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücumda avtomobildə olan 1 mülki şəxs həlak olub, 1 mülki şəxs yaralanıb. İkinci hücumda PKK Afrin mərkəzini 5 raketlə hədəfə alıb və yaşayış məntəqələrinə həyata keçirilən hücumlarda raketlərdən biri əhalinin sıx olduğu Rako küçəsinə düşüb.

Hücumda 3 mülki vətəndaş həyatını itirərkən, 19 mülki vətəndaş da yaralanıb. Ətrafdakı avtomobillərə və mağazalara külli miqdarda maddi ziyan dəyib.