Ermənistanda maye qazın qiyməti artacaq. SİA xəbər verir ki, bu barədə Ermənistan fraksiyasının deputatı Tadevos Avetisyan bu gün jurnalistlərə müsahibəsində bildirib.
O, mümkün qiymət artımına səbəb ola biləcək üç amili qeyd edib. Avetisyan bildirib ki, Ermənistanda maye qaz yoxdur, xaricdən gətirilir və bu bazarlarda da müəyyən qiymət artımı qeydə alınıb. Onun sözlərinə görə, ikinci amil Ermənistanın kiçik bazara malik olması ilə bağlıdır, eyni zamanda idxalın yüksək inhisarlaşdırılması davam edir.
Deputatın qeyd etdiyi üçüncü amil isə yüksək inhisarlaşma səviyyəsinə malik bazarlara nəzarət orqanının kontrol edilməsidir.