Türkiyədə dəhşətli qətl hadisəsi baş verib

20 Yanvar 2022 18:28 (UTC+04:00)

Antalyada 83 gündür itkin düşən varlı qadının qətlə yetirildiyi məlum olub. Televiziya proqramı ilə əlaqəsi olan şəxs onun cəsədini atmağı planlaşdırdıqlarını və meyiti evin hamamında benzinlə yandırdıqlarını söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Türkiyənin Konya bölgəsində yaşayan Kerziban Keskin 3 uşaq anasıdır və keçən il dostunun yanına gəldikdən bir müddət sonra itkin düşüb.

Bir televiziya proqramına bağlanan şəxs isə cinayəti etiraf edib. O, Keskinin H.D tərəfindən boğularaq öldürüldüyünü, ardından da cəsədi 2 gün evdə saxladıqlarını deyib. Bundan sonra isə evin hamamında cəsədi yandırdıqlarını dilə gətirib.