“Şantaj”a məruz qalanların polisə müraciət etmələri tələb edilib

20 Yanvar 2022 18:19 (UTC+04:00)

İngiltərədə hakim Mühafizəkarlar Partiyasından olan deputat baş nazir Boris Consona qarşı deputatların nazirlər və müşavirlər tərəfindən hədələndiyini bəyan edərək, “şantaj”a məruz qalanların polisə müraciət etmələrini tələb edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, baş nazirin ofisində Consonu tənqid edən ilk mühafizəkar millət vəkilləri arasında olan Villiam Vragg verdiyi açıqlamada millət vəkillərinin öz dairələrindən dövlət vəsaitlərini geri çəkmələri ilə təhdid edildiyini söyləyib.

"Bəzi qanunvericilər son günlər hökumət üzvlərinin təzyiqləri və hədələri ilə üzləşiblər" deyə Vraqq bildirib.

Ayşən Vəli