Gənclərin gecəsi faciə ilə bitdi

20 Yanvar 2022 17:21 (UTC+04:00)

Türkiyənin Dənizli şəhərində narkotik partisi verən gənclərin gecəsi faciə ilə bitib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəfildən xəstələnərək dünyasını dəyişən 21 yaşlı Ayşəgül Məcinin yanında olan iki nəfər nəzarətə götürülüb.

Araşdırmalardan sonra gənc qızın cəsədi yarılma üçün Ədliyyə Tibb meyitxanasına aparılıb. Bildirilib ki, 2 rəfiqəsi ilə qalarkən dünyasını dəyişən gənc qızın dəqiq ölüm səbəbi ekspertizadan sonra məlum olacaq.

Ayşən Vəli