Türkiyənin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar 2022 16:25 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və diplomatik nümayəndəliyin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

SİA xəbər verir ki, şəhidlərin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.

“Səfirliyimizin heyəti ilə birlikdə şəhidlərimizin məzarını ziyarət etdik, qərənfil düzdük. Onları unutmayacağıq. Şəhidlərimizə rəhmət diləyirik”, - səfir tviterdə yazıb.