Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət edib FOTO

20 Yanvar 2022 16:15 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə SİA-ya QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.