127 mindən çox adam ölüb - FRANSADA

20 Yanvar 2022 15:23 (UTC+04:00)

İlk dəfə 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin Vuhan şəhərində ortaya çıxan və qısa zamanda bütün dünyanı təsir altına alan koronavirus epidemiyasından ən çox təsirlənən ölkələr sırasında olan Fransada gündəlik məlumatlar açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə son 24 saatda virusdan ölənlərin sayı 127 869-a yüksəlib, 232 nəfər həyatını itirib.