Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar 2022 15:00 (UTC+04:00)

Azərbaycan Respubliksının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın Kollektivi 20 yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd olunmalıdır ki, Ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzləri tərəfindən regionlarda Heydər Əliyev Mərkəzləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rayon nümayəndəlikləri, rayon Gənclər və karyera İnkişaf Mərkəzləri ilə birgə silsilə tədbirlər təşkil edilib, 20 Yanvar faciəsi - Azərbaycan xalqına qarşı törədilən və fundamental insan hüquqları və azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələnən bu cinayət hadisəsinə beynəlxalq hüquqi qiymət verilməsinin önəmi və hüquqi əsasları diqqətə çatdırılaraq, həmin hadisələrin xalqımızın müstəqillik uğrunda mübarizə tarixinin parlaq səhifələrindən olduğu vurğulanıb.

Tədbirlərdə Ombudsmanın 20 yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara ünvanladığı bəyanatı oxunmaqla tədbir iştirakçılarının diqqətinə çatdırılıb.