Pakistana gedən təyyarədə qəribə hadisə baş verib

20 Yanvar 2022 14:17 (UTC+04:00)

Bazar günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan Pakistanın paytaxtı İslamabada gedəcək təyyarənin uçuş vaxtı pis hava şəraiti səbəbindən gecikib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "PK 9754" reysinin pilotu təyyarəni havaya qaldırdıqdan sonra Ər-Riyadın 409 kilometrliyində yerləşən Dammam hava limanına məcburi eniş edib.

Pilot iş saatı bitdiyinə görə uçuşa davam edə bilməyəcəyini desə də, sərnişinlər başqa təyyarəyə keçməkdən imtina edərək insidentə etiraz ediblər. Təyyarənin içərisində gərginliyin artması ilə əlaqədar təhlükəsizlik işçiləri çağırılıb.

Bütün bunların fonunda PİA-nın sözçüsü "Pilot uçuş təhlükəsizliyi üçün dincəlməlidir. Bütün sərnişinlər İslamabad hava limanına saat 23:00-da çatacaqlar və qalacaqları otellər üçün də həmin vaxta qədər tənzimləmələr aparılacaq"-deyə açıqlama verib.