Mütəxəssislər xəstəlik barədə xəbərdarlıq edir

20 Yanvar 2022 14:07 (UTC+04:00)

Ötən il onlarla insanın ölümünə səbəb olan Lassa qızdırması Qərbi Afrika ölkəsi olan Nigeriyada yenidən aşkarlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, epidemiya 10 ştatda müşahidə edilir. İndiyədək 48 hadisə aşkarlanıb. Mütəxəssislər Lassa qızdırmasının malyariyaya bənzər simptomlar göstərdiyini bildiriblər. Bu səbəbdən belə əlamətlər göstərən şəxslərə təcili olaraq xəstəxanaya müraciət etmələri barədə xəbərdarlıq edilir.