YAP-ın nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər - YENİLƏNİB-FOTOLAR

20 Yanvar 2022 13:50 (UTC+04:00)

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə,YAP-ın nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər gül dəstələri düzüblər.

Həmçinin, “Türk şəhidliyi” abidəsi də ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.