Sandaloz ekstraktlarının xeyiri nədir?

20 Yanvar 2022 12:40 (UTC+04:00)

Şimali Afrikaya aid olan sandaloz ağacının ekstraktlarının zəiflədici təsirinin olduğu bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, düzgün qidalanma planı ilə tətbiq edilən Sandaloz müalicəsi qısa müddətdə əziyyət çəkmədən arıqlamağa imkan verir.

Maddələr mübadiləsini 5 dəfəyə qədər sürətləndirən Sandaloz ekstraktlarının təsiri ilə düzgün qidalanma planını birləşdirdikdə tez arıqlamağın mümkün olduğu iddia edilir.