Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı verib

20 Yanvar 2022 12:05 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

SİA xəbər verir ki, o, bununla bağlı "Twitter" səhifəsində paylaşım edib.

“Qardaş Azərbaycanın azadlığı uğrunda canlarından keçən 20 Yanvar şəhidlərini rəhmətlə anıram”, - B.Yıldırım paylaşımda bildirib.