Təyyarələrlə güc nümayiş etdirdi

20 Yanvar 2022 10:09 (UTC+04:00)

Yunanıstanın Fransadan aldığı “Rafale” döyüş təyyarələri Afina səmasında güc nümayişi edib. SİA xarici mətbuata istinadən bildirir ki, Türkiyə ilə Şərqi Aralıq dənizi və Egey arasında yaşanan gərginlik zamanı Yunanıstanın elan etdiyi müdafiə proqramı çərçivəsində alınan 18 "Rafale" təyyarəsindən 6-sı təslim edilib. Təyyarələr Afina üzərində alçaqdan uçduqdan sonra "Tanaqra" aviabazasına enib. Təyyarələr üçün təşkil edilən mərasimdə baş nazir Kiryakos Mitsotakis də iştirak edib.