11 hamster koronavirusa tutuldu - 2 min heyvan öldürüləcək

20 Yanvar 2022 09:27 (UTC+04:00)

Honq-Konq səlahiyyətli şəxsər, ev heyvanları mağazasında bəzi hamsterlərdə koronavirus aşkar edildikdən sonra təxminən 2,000 hamster və digər kiçik məməlilərin məhv ediləcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, “Little Boss” adlı heyvan mağazasında bir işçidə Delta variantını görəndə mağazadakı yüzlərlə heyvan da sınaqdan keçirildi. 11 hamsterin testi müsbət çıxıb. Mağazada dovşan və şinşillaların testləri mənfi çıxsa da, ehtiyat tədbiri olaraq bu heyvanların da yatızdırılacağı açıqlanıb.