Britaniya səfiri Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar 2022 09:18 (UTC+04:00)

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Şəhidlər Xiyabanını ziyarət edib.

SİA-nın məlumatına görə, səfir bu barədə öz “twitter” səhifəsində yazıb.

“Şəhidlər Xiyabanında oldum. Azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını itirənləri dərin hüznlə anırıq”, - deyə səfir qeyd edib.