Dünya fond bazarlarının əsas indeks göstəriciləri

20 Yanvar 2022 09:04 (UTC+04:00)

Yanvarın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,96 faiz - 35,028.65 bəndədək, S&P 500 indeksi 0,97 faiz – 4,532.76 bəndədək, Nasdaq indeksi isə 1,15 faiz– 14,340.25 bəndədək enib.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa fond bazarlarında yanvarın 19-da FTSE 100 indeksi 0,35 faiz – 7,589.66 bəndədək, Almaniyanın DAX indeksi 0,24 faiz – 15,809.72 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,55 faiz – 7,172.98 bəndədək yüksəlib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,01 faiz azalaraq 1,135 dollar təşkil edib.