Şamaxıya istirahətə gələn şəxsdən heroin və “patı” götürülüb

20 Yanvar 2022 08:34 (UTC+04:00)

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

SİA xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağdam rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, əvvəllər də məhkum olunmuş Sərdar Əsgərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində daşıdığı 700 qrama yaxın narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində onları sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla aldığını, Şamaxıya isə gəzmək məqsədilə gəldiyini bildirib.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.