Səudiyyədə son 30 ilin ən soyuq temperaturu qeydə alınıb

20 Yanvar 2022 07:25 (UTC+04:00)

Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi krallığın şimalındakı Turaif bölgəsində havanın temperaturunun kəskin şəkildə mənfi 6 dərəcəyə enməsini qeydə alıb.

SİA xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Bu, ölkədə son 30 ilin ən aşağı temperaturudur.

Qeyd olunur ki, Turaifada gecə şaxtaları güclü qar, digər şimal rayonlarında isə zəif yağışla müşayiət olunub.