Braziliyada "Teleqram"a qadağa qoyula bilər

20 Yanvar 2022 06:36 (UTC+04:00)

Braziliyada dezinformasiyanın yayılması ilə bağlı narahatlıqlar səbəbindən "Teleqram" messencerinin fəaliyyəti qadağan edilə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Valor Economico” qəzeti məlumat yayıb.

Qəzetə görə, bu ilin oktyabrına təyin edilmiş ümumi seçkilər ərəfəsində teleqramın yalan xəbərlər və digər növ dezinformasiyalar göndərmək üçün istifadə oluna biləcəyindən ehtiyat edilir.