"Sabah" klubu belaruslu qapıçı ilə müqavilə imzalayıb

20 Yanvar 2022 04:56 (UTC+04:00)

Bakının "Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA klubun rəsmi saytına istinadla xəbər verir ki, Bakı təmsilçisi belaruslu qapıçı Aleksandr Neçayevi transfer edib.

İyirmi səkkiz yaşlı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, A.Neçayev karyerası ərzində Belarusun “Dinamo”, “Atlant”, “Lida” və “Rux” komandalarında çıxış edib.