Avstriyada gündəlik koronavirusa yoluxma rekord həddə çatıb

20 Yanvar 2022 04:28 (UTC+04:00)

Avstriyada son sutka ərzində koronavirusa yoluxanların sayı 27,6 mini keçib.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin hazırladığı xülasədə qeyd olunub.

Bildirilib ki, ölkədə COVID-19 epidemiyası başlayandan bəri bu rəqəm ən yüksək sutkalıq göstəricidir.

Nazirlik yeni yoluxma hallarının sayının artmasını əhalinin daha çox müayinə edilməsi ilə izah edib.