Konqo Demokratik Respublikasının şәrqindәki Kivu әyalәtindә üsyançıların törәtdiyi hücum nәticәsindә üç hәrbçi hәyatını itirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә yerli media orqanları mәlumat yayıb. Mәlumata görә, ‘‘Mai Mai Kata Katanga’’ adlı üsyançı qruplaşmanın üzvlәri Kivu әyalәtinin Uvira şәhәrindә hücum törәdib.
Hücum nәticәsindә 2 mülki vәtәndaş da xәsarәt alıb. Onların vәziyyәti ağır olaraq qiymәtlәndirilir.