Cozef Borrel vә Dmitro Kuleba arasında telefon danışığı olub

20 Yanvar 2022 04:18 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) xarici әlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə telefon әlaqәsi saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Cozef Borrelin ofisindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, Cozef Borrel söhbәt zamanı Avropa İttifaqının Ukraynanı dәstәklәdiyini vurğulayıb.

Tәrәflәr Rusiyanın Avropa təhlükəsizliyinin əsas prinsiplərini pozmaq cəhdləri ilə bağlı beynəlxalq diplomatik səylər әtrafında fikir mübadiləsi aparıblar.

Borrell keçən həftə Fransanın Brest şəhərində keçirilən Aİ xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi toplantısı ilә yanaşı, ABŞ və NATO ilə keçirdiklәri görüşlәrdәn sonra Ukraynaya verdiklәri sarsılmaz dəstəyi təkrarlayıb.

Avropa İttifaqının Rusiyaya gərginliyi azaltması və qoşunlarını Ukrayna sərhədindən çıxarması ilә bağlı çağırış etmәyә davam edəcəyini bildirən Cozef Borrel Ukraynanın bu mövzudakı mövqeyini alqışlayıb.

Görüşdә hәmçinin Ukraynanın dövlət qurumlarına edilәn kiberhücumlar da müzakirə edilib.