Ağ Ev rəhbəri: Putin müharibə istəmir

20 Yanvar 2022 04:03 (UTC+04:00)

ABŞ Prezidenti Cozef Bayden əmindir ki, Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı vəziyyətdə Qərbi sınaqdan keçirir, lakin müharibə istəmir.

“Düşünürəm ki, o (Putin-red) hələ də hər hansı tam müharibə istəmir”, – Bayden mətbuat konfransında deyib.

SİA-nın əldə etdiyi məlumata görə, Bayden Putinlə söhbət zamanı bir-birini başa düşdüklərini vurğulayıb.

ABŞ prezidenti rusiyalı həmkarı ilə yeni sammitin keçirilməsi imkanları barədə düşündüyünü bildirib.