“Borussiya” 1/8 finalda darmadağına üzüldü

20 Yanvar 2022 02:58 (UTC+04:00)

Futbol üzrə Almaniya kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə də dörd qarşılaşma baş tutub.

Səfərdə “Hannover”lə qarşılaşan Mönhenqladbax “Borussiya”sı böyük hesabla uduzub və mübarizəni dayandırıb. “Leyptsiq” “Hanza”nı, “Union Berlin” “Herta”nı, “Qroyter” də “Hoffenhaym”ı mübarizədən kənarlaşdırıb.

İlk oyun günündə “Sankt-Pauli”, “Hamburq”, “Karlsrue” və “Bohum” komandaları da 1/4 finala vəsiqə qazanmışdı.

Almaniya kuboku

1/8 final

18 yanvar

Köln – Hamburq 1:1 (penaltilər 3:4)

Qol: Modeste, 120+1 – Qlatsel, 92.

Münhen 1860 – Karlsrue 0:1

Qol: Vanitsek, 69-pen.

Bohum – Maynts 3:1

Qol: Pantoviç, 56-pen; 59. Louen, 80 – Onisivo, 36.

Sankt-Pauli – Borussiya (Dortmund) 2:1

Qol: Amenyido, 4. Vitsel, 40-öz qapısına – Haland, 58-pen.

19 yanvar

Hannover – Borussiya (Mönhenqladbax) 3:0

Qol: Beyer, 4; 51. Kerk, 36.

Leyptsiq – Hanza 2:0

Qol: Poulsen, 6. Olmo, 82.

Herta – Union Berlin 2:3

Qol: Xedira, 54-öz qapısına. S.Sərdar, 90+5 – Voqlzammer, 11. Ştark, 50-öz qapısına. Knoxe, 55.

Hoffenhaym – Qroyter 1:4

Qol: Şlotterbek, 53 – Qrifo, 10; 35-pen. Şade, 55. Dəmiroviç, 65.