Qastro-ezofageal reflyuks xəstəliyi

20 Yanvar 2022 01:09 (UTC+04:00)

Qastro-ezofageal reflüks xəstəliyi, qəbul edilən qidanın və ya mədə turşusunun qida borusuna doğru geri qayıtmasıdır. Ümumiyyətlə xəstələr bu halı qıcqırma kimi ifadə edirlər. Lakin belə geri qayıtma, əsasən mədədaxili təzyiqin artması ilə uzanıq vəziyyətdə və ya yemək yedikdən dərhal sonra qısa müddətlik normal qəbul edilə bilər. Lakin şikayətlər xroniki olaraq davam edərsə və bu səbəblə qida borusunda zədələnmələr meydana gələrsə buna Qastro-ezofageal reflüks xəstəliyi deyilir.

Xəstəliyin simptomları:

• Mədədə üzərində və ya döş qəfəsinin ortasında, sümüyün altında çənəyə və boğaza yayıla bilən yanma hissi

• Ağza acı suyun gəlməsi

• Geğirmə

• Köp

• Qəbul edilən qidanın ağıza qayıtması

• Çəki itirmək

• Döşdə ağrı

• Ağızda qoxu

• Xroniki faringit

• Allergik astma

• Xroniki sinüzit

• Dişlərin çürüməsi

Reflyuksdan əziyyət çəkənlərin istahlak etməmələri və ya az etmələri tövsiyə olunan qidalar

• Çox isti və çox soyuq yeməklər

• Rəngli çay, qəhvə

• Kola və qazlı içkilər

• Siqaret

• Marqarin

• Qızartmalar, qovurmalar, yağlı yeməklər, xəmir yeməklər, qaymaq və yağlı souslar.

• Yağlı konfetlər, halva, lokum, quru qoz-fındıq,

• Soğan, sarımsaq, tomat pastası və ədviyyatlı qidalar,

• Kartof qızartması və kartof püresi,

• Quru lobya, noxud, mərcimək, kələm, brüssel kələmi, gül kələm kimi qaz və köp yaradan qidalar,

• Sitrus meyvələri, portağal, naringi, qreypfrut, limon, üzüm, qarpız və qovun,

• Şokolad,

• Turş qidalar

• Pomidor

• Çiyələk, zoğal, qaragilə və toxumlu qara üzüm

İstehlakı tövsiya olunan qidalar isə bunlardır:

•Açıq rəngli çay, bitki çayları

• Kefir, az yağlı qatıq və probiotik qatıq

• Qaynadılmış və ya sobada bişirilmiş ət, toyuq, balıq

• Qaynadılmış yumurta, feta pendiri, az yağlı pendirlər

• Düyü, makaron

• Bişmiş tərəvəzlər

• Südlü və ya meyvəli desertlər

• Duru yağ

• Tam taxıllı buğda və ya çovdar çörəyi

• Alma, armud, banan, şaftalı, albalı

• Brokoli

• Kök və kök şirəsi

• Liflə zəngin qidalar

• Çobanyastığı çayı

• Lobya

• Zəncəfil, zirə, keşniş, kəklikotu

Reflüks şikayətlərini azaldan tövsiyələr

• Süd istehlakı

•Şəkərsiz saqqız çeynəmək

• Xörək miqdarını azaltmaq: Mədənin lazım olduğundan çox doldurulması yeməyin asanlıqla geri sürüşməsinə səbəb olar.

•Yeməkdən dərhal sonra yatmamaq: Yeməkdən sonra ən azı iki saat uzanmamağa diqqət yetirilməlidir.

•Sürətli yemək yeməmək: Reflüks xəstələri yeməyi uzun müddət çeynəməli və ayaqda yemək yeməməlidilər.

• Yaratkən yastığın hündürlüyü 30 sm-dən az və ya çox olmamalı: Başın mədədən daha yuxarıda qalması mədə mayesinin geriyə axmasının qarşısını alır.

• Çəkinin artmamasına etina göstərilməli: çəkisi çox olan reflüksdən əziyyət çəkənlərin ağrıları hər keçən gün artır.

•Kifayət qədər su içmək: Gün ərzində fasilələrlə su içmək şikayətlərin azalmasına səbəb olur.

•Hərəkətsiz qalmamaq: Axşam yeməyindən sonra 15-20 dəqiqəlik qısa gəzintilər faydalıdır.

•Uyğun qidalanma planı hazırlamaq və vaxtında yemək yemək: Uyqun qidalar qəbul etmək və yeməyi vaxtında yemək şikayətləri azaldır.

•Bel nahiyəsini sıxan paltarlar geyinməmək

•Yeməkdən dərhal sonra əyilib-qalxmamaq.