Neftçalada baş verən qəzada 2 nəfər ağır xəsarət alıb

20 Yanvar 2022 01:02 (UTC+04:00)

Neftçala rayonunun Xolqarabucaq kəndində yol qəzası qeydə alınıb.

SİA-nın məlumatına görə, "VAZ 2105" markalı avtomobilin təkəri qırıldığından idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Nəticədə Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri - 1996-cı il təvəllüdlü Səfərov İlqar Şahmar oğlu ağır kəllə-beyin travması ilə, 1997-ci il təvəllüdlü Qasımov Elvin Eldəniz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Xəstəxanasına yerləşdiriliblər. Birincinin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.