"Trendyol" malları birbaşa alıcıların evinə çatdıracaq

20 Yanvar 2022 00:32 (UTC+04:00)

"Trendyol" malları birbaşa alıcıların evinə çatdıracaq.

SİA-nın Türk mediasına istinadən verdiyi məlumata görə, Türkiyənin elektron ticarət platforması olan "Trendyol" şirkətinin prezidenti Çağlayan Çətin bildirib ki, platformada satılan məhsullar Avropa və Yaxın Şərq ölkələrində müştərinin qapısına çatdırılacaq.

Onun sözlərinə görə, bu məqsədlə xaricdə bəzi yerlərdə çeşidləmə mərkəzləri və anbarlar qurmağı hədəflərindədir.