Estoniyanın xarici işlər naziri Türkiyəyə rəsmi səfərə gəlir

20 Yanvar 2022 00:19 (UTC+04:00)

Estoniyanın xarici işlər naziri Eva-Maria Liimets Türkiyəyə rəsmi səfərə gəlir.

SİA xəbər verir ki, Estoniyanın xarici işlər naziri Eva-Maria Liimets xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə yanvarın 19-21-də Türkiyəyə rəsmi səfərə gəlir.

Görüşdə iki ölkə arasındakı əlaqələrin hər aspektdə müzakirə ediləcəyi, beynəlxalq və regional məsələlər, xüsusilə NATO tərəfdaşlığı və Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük prosesi ilə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

Bundan əlavə, Liimets Adana şəhərinə gedərək mühacirlərin müvəqqəti sığınacaq yerlərində təqiqatlar aparacaq.