SİA xəbər verir ki, bu barədə koalisiya bəyanat yayıb.

Koalisiya qüvvələri Marib yaxınlığında husilərə məxsus obyektlərə 19 hava zərbəsi endirib. Atışma nəticəsində 11 hərbi maşın məhv edilib.

Husilər hələlik bu barədə heç bir açıqlama verməyib.

Bir gün əvvəl koalisiya Marib bölgəsində hava əməliyyatları zamanı 80 husinin məhv edildiyini, həmçinin 9 hərbi maşının yararsız hala düşdüyünü bildirib.