Böyük Britaniyada inflyasiya 30 illik rekordu yeniləyib

19 Yanvar 2022 22:25 (UTC+04:00)

2021-ci ilin dekabr ayında Böyük Britaniyada illik inflasiya 5,4 faiz olub ki, bu da 1992-ci ilin mart ayından bu yana ən yüksək göstəricidir.

SİA xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat verib.

Xatırladaq ki, həmin vaxt Böyük Britaniyada 7,1% illik inflasiyanın qeydə alınmışdı.